“Naxçıvan Muxtar Respublikasında petrofil bitkiliyinin tədqiqi” mövzusunda elmi-praktik seminar olub - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Startap layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin “Biologiya” ixtisası üzrə I və II kurs tələbələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında petrofil bitkiliyinin tədqiqi” mövzusunda elmi-praktik seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə institutun Bitki sistematikası şöbəsinin müdiri Namiq Abbasov tələbələrə petrofil (qaya-töküntü) bitkiləri ilə bağlı ümumi məlumat verib. Bildirilib ki, qayalıq, daş töküntülü sahələrində yayılmış bitkilər geobotanikada petrofil termini adı altında ümumiləşdirilib. Naxçıvan Muxtar Respublika ərazisində 16 bitkilik tipi yayılıb.

Namiq Abbasov muxtar respublikanın dağlıq hissəsində bir çox qiymətli nadir heyvan növlərinin-bezoar keçilərinin, muflonların olduğunu və bu heyvanların da qidasını əsasən müxtəlif yem əhəmiyyətli petrofil bitkiləri təşkil etdiyini deyib. Alimin sözlərinə görə hazırda regionun ərazisi üçün son sistematik dəyişikliklər və əlavələr nəzərə alınmaqla 176 fəsiləyə, 906 cinsə mənsub olan 3022 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitki növləri var. Onlardan 46 fəsilə və 159 cinsdə cəmlənmiş 350 növü daşlıq, qayalıq, çay yataqları, çınqıllıq və töküntü bitkilərinin payına düşür.

Daha sonra tələbələr institutun Biokimyəvi tədqiqatlar laboratoriyasında, Zooloji tədqiqatlar şöbəsində, Herbari fondunda və Təbiət muzeyində olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: