Vergi Məcəlləsinə və “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə maarifləndirici tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur və Sədərək rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir olub.

Keçirilən tədbirlərdə qeyd edilib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır.

Həmçinin, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən heyvan və quş ətinin satışı ilə yanaşı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də 2020-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisidən azaddır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş yeniliklər haqqında sahibkarların nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasinin qanunu əsasən sığortaolunanlar üzrə sığorta haqları minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Nəzərə alsaq ki, minimum əmək haqqı 250 manatdır, qeyd olunan şəxslərin aylıq tibbi sığorta haqqı 10 manat təşkil edir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: