Əcnəbi tələbələr muzeylərdə olub - FOTOLAR

A- A A+

Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, ekskursiyanın təşkil olunmasında məqsəd  Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdir.

Gənclərin gəzintiləri yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddə yerləşən Xatirə Muzeyindən başlanıb. Muzeyin bələdçisi  gənclərə böyük ədibin həyat və yaradıcılığı, onun mütaliə etdiyi əsərlər və şəxsi kitabxanası haqqında məlumat verib. Sonra gənclər Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar. Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olan qonaqlar üçün çay süfrəsi təşkil olunub.

Qeyd edək ki,  20 nəfər əcnəbi tələbənin  iştirak etdiyi  ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının və  Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: