Şahbuz rayon ərazisində son 10 ildə cinayət hadisəsi qeydə alınmayıb

A- A A+

NUHÇIXAN xəbər verir ki , bu barədə Şahbuz rayonunda ictimai şuranın 2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələrələ bağlı keçirilən tədbirdə bildirilib. Rayonun Daylaqlı kəndində təşkil olunan yığıncaqda Şahbuz rayon Polis Şöbəsinin rəisi Elnur İsmayılov ictimai şuranın fəaliyyəti və 2019-cu ildə görülən işlərlə bağlı məlumat verib.        

Bildirilib ki, rayon polis şöbəsində  inzibati sahələr üzrə  4 ictimai şura fəaliyyət göstərir. İctimai şuraya könüllülük əsasında  32 vətəndaş qəbul olunub. Onlardan 8-i polis veteranıdır. Ötən ildə ictimai şuranın üzvlərinin iştirakı ilə əhali arasında ailə münaqişələrinin qarşısının alınması, qanunsuz silah sursatın yığılması, narkomaniya və alkoqolizmlə mübarizə sahəsində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilib. Polis rəisi bildirib ki, görülən profilaktik tədbirlərin nəticəsidir ki,

Tədbirdə rayon polis şöbəsinin sahə inspektoru Dilqəm Hüseynov, ictimai şura üzvü Qoşqar Məmmədov, Şahbuz rayon Polis Şöbəsi Veteranlar Şurasının sədri Vaqif Rzayev  və rayon polis şöbəsinin  baş inspektoru Nicat Hüseynovun mövzu ilə bağlı çıxışları dinlənilib.

Qeyd olunub ki, İctimai şura üzvləri müasir infrastrukturun, yaşıllıqların  qorunmasına,  yaşayış məntəqələrinin təmizliyinə diqqəti artırmalıdırlar .

Yığıncaqda ictimai şura üzvlüyünə yeni qəbul olunan bir nəfərə vəsiqə təqdim olunub. 

                                              

                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: