Əhali icbari tibbi sığortanın əhəmiyyəti mövzusunda maarifləndirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək rayonunda maarifləndirici tədbir keçirib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Hacı Hacıyev çıxış edərək icbari tibbi sığortanın əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Agentliyin icbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov bildirib ki, bundan sonra agentlik tərəfindən əhali və tibb personalı arasında maarifləndirici tədbirlərin keçirilməsi, seminar-treninqlərin təşkili prosesi davam etdiriləcək.
Çıxışlardan sonra slayd vasitəsilə icbari tibbi sığortanın tətbiqi və əhəmiyyətinin izahı verilib.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Maarifləndirici tədbir rayonun Nehrəm və Güznüt kəndlərində də təşkil olunub.
Məhəmməd Fərəcov