Fövqəladə hallar zamanı davranış qaydaları haqqında maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının təşkilatçılığı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN–a verilən məlumata görə, tədbirin əsas məqsədi komissiyada mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat verməkdir.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov xidmətdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər haqqında iştirakçılara məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov “Fövqəladə hallar zamanı davranış qaydalarını hamı bilməlidir” mövzusunda məlumat verərək zəlzələ, sel, subasma  zamanı davranış və fəaliyyət qaydalarını diqqətə çatdırılıb. Məruzəçi həmçinin, məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazı, yaranması və dəm qazından zəhərlənmələr zamanı ilk yardım haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılıb, mövzulara aid slaydlar təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: