DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb - YENİLƏNİB
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb.
DTX-nin ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.