Ana dilinə həsr olunmuş elmi-praktik konfrans

A- A A+

Ana dilimizin dövlət dili statusuna yüksəldilməsi, dilimizin qorunması, hər tərəfli inkişafı və beynəlxalq münasibətlər  sisteminə yol tapması ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin  bəhrəsidir. 

NUHÇIXAN xəbər verir ki, bu fikirləri  Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş “Azərbaycan dili müasir dünyada: ekstralinqvistik və linqvistik problemlər” adlı elmi-praktik konfransda institutun rektoru Azad Novruzov bildirib. Hər bir millətin maddi və mənəvi irsinin qorunması və inkişafında dilin əvəzsiz rolundan danışan rektor ana dilimizin dövlət dili statusuna yüksəldilməsini milli dövlətçilik tariximizin qızıl səhifəsi kimi qiymətləndirib.

Tədbirdə “Beynəlxalq Ana dili günü”nün yaranması və mahiyyəti mövzusunda çıxış edən professor Akif İmanlı Azərbaycan dilinin saflığı və təmizliyinin qorunması üçün dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş qanun, imzalanmış fərman və sərəncam barədə tədbir iştirakçılarını məlumatlandırıb.

“Azərbaycan dilinin üslubi imkanları və məna çalarlıqları” mövzusunda çıxış edən dosent Fəxriyyə Cəfərova dilimizin işlənmə arealı, onun çoxmənalılığı və üslubi çalarlığı ilə bağlı fikirlərini ifadə edib.

Sonda tələbələrin ifasında ana dilimizlə bağlı yazılmış şeirlərin bədii qiraəti dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: