NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni saytınının təqdimatında nazir Nicat Babayev qeyd edib ki, nazirliyin rəsmi saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin sosial sahədə ictimai fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etmək məqsədilə yenilənib.
Sonra nazirliyin əməkdaşı Naib Əlizadə yenilənən “sosial.nmr.az” internet saytını təqdim edib.
Qeyd olunub ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib.
İlk dəfə olaraq yeni yaradılan saytın “göstərilən xidmətlər” bölməsində Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzində hazırlanan məmulatlar haqqında azərbaycan və fars dillərində zəruri məlumatlar yerləşdirilib. Bu da Mərkəzin fəaliyyətindən xarici vətəndaşların da istifadə imkanlarını asanlaşdırır. Saytda yeniliklərin tətbiqi zamanı, muxtar respublikanın turizm potensialının təbliği də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə, əsas səhifədə muxtar respublikanın tarixi və görməli məkanlarından görüntülərə yer verilib, Naxçıvanın turizm imkanlarını özündə əks etdirən saytlara birbaşa keçid qurulub.
Ərhan Novruzov