Kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun aparılması diqqət mərkəzindədir

A- A A+

Culfa rayonunda ailə təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi,  kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun aparılması ilə bağlı maarifləndirici tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Əbrəqunus kənd mərkəzində keçirilən tədbirdə Kırna, Bənəniyar, Ərəfsə, Milax, Boyəhməd, Saltaq, Şurut və digər kəndlərin ailə təsərrüfatçıları iştirak ediblər.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov bildirib ki, rayonda 150-ə yaxın ailə təsərrüfatı fəaliyyət göstərir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların qablaşdırılması, etiketlənməsi, təbliği və təşviqi, “Naxçıvan qovurması” istehsalının genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi və digər məsələlər barədə ətraflı məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov ailə təsərrüfatlarının  inkişaf etdirilməsində yaz və payız əkinlərinin əkin atlaslarına uyğun  aparılmasının və növbəli əkin sisteminin tətbiqinin əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması ailə təsərrüfatı məhsullarının muxtar respublikadan kənara çıxarılmasına böyük stimul verib.

Tədbirdə ailə təsərrüfatçılarının maarifləndirilməsi məqsədilə müxtəlif bukletlər paylanılıb, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ailə təsərrüfatı məhsulları mağazaları şəbəkələrində istənilən məhsulların satışını təşkil etmək məqsədilə həmin şəbəkələrin ünvanlarını bildirən kartlar təqdim olunub.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: