Ətraf mühitin mühafizəsinə diqqət artırılmalıdır

A- A A+

Təbiəti qorumaq ayrılıqda hər bir sakinin vətəndaşlıq borcudur. Şərur rayonunda “Ətraf mühitin mühafizəsi, qanunvericiliyin təbliği” mövzusunda ekoloji-hüquqi maarifləndirici tədbir də bu məqsədlə keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin üzvləri və kənd sakinləri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov ətraf mühitin mühafizəsində ictimaiyyətin rolundan danışıb. Bildirib ki, ətraf mühitin qorunması məqsədi ilə sənaye və məişət tullantıları hara gəldi yox, onlar üçün ayrılan təmizlik qutularına atılmalı, onların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmalıdır.  

Digər çıxış edənlər təbiətin qorunmasında vətəndaşların hüquq və vəzifələri, kənd yaşayış məntəqələrində ekoloji komissiyaların fəaliyyətinin artırılmasından danışıblar.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: