Gənc gömrükçülər and içiblər - FOTOLAR

A- A A+

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümü ərəfəsində Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddətini bitirmiş və ilk xüsusi rütbələr verilmiş 22 gömrükçü qəbul edib. Əməkdaşlar təntənəli surətdə and içiblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli and içən əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb.

Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, xidməti intizama və qanunvericiliyin tələblərinə ciddi əməl etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq və mütəşəkkillik göstərilməlidir. Nizam-intizam və məsuliyyət olan yerdə uğur da var,- deyən Komitə sədri onu da vurğulayıb ki, hər bir gömrükçü milli dövlətçiliyimizə sədaqətlə xidmət etməli, Ümummili liderimiz Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməlidir.

Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olub. Qeyd olunub ki, muzey dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Rahil Tahirli

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: