Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTOLAR

A- A A+

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı  Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə  faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə təşkilatın sədri Arif Qasımov Xocalı soyqırımından, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb. Qeyd edib ki, o gecə erməni qaniçənləri tərəfindən 613 nəfər qətlə yetirilib ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olub. Xocalı faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı misligörünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir.

Bildirilib ki, xalqımızın dahi oğlu Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, Ermənistan hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl iş aparır.

Mərasimin sonunda “Xocalıda son gecə” filmi izlənilib

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: