Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Naxçıvan” Universitetində “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi” mövzusunda keçirilən tədbirdə tələbələr fəallıqları ilə seçiliblər.

NUHÇIXAN xəbər verir ki, ali təhsil ocağının İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaq.

Sonra “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Elvin Nağıyevin məruzəsi dinlənilib. Məruzəçi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, büdcənin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, ilkin büdcə sənədlərinin yoxlanılması barədə tələbələrə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirdə ali təhsil ocağının İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: