Xocalı soyqırımını törədənlər lənətlənib

A- A A+

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə  soyqırım qurbanlarının  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov bildirib ki, XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımlar törədilib. Onlardan ən dəhşətlisi  Xocalıda baş verən hadisələrdir. Odur ki, Xocalı soyqırımı Azərbaycan tarixinə  ən dəhşətli və faciəli  səhifələrdən biri kimi daxil olub. Tarixi faktlar sübut edir ki, ermənilər hər məqam düşdükdə öz mənfur siyasətlərini həyata keçirib, türksoylu  insanlara qarşı soyqırımı törədiblər. 

Diqqətə  çatdırılıb  ki, Xocalı soyqırımına  ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Dahi şəxsiyyətin  təşəbbüsü  ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Çıxış edənlər  vurğulayıblar ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu  xarici  siyasət  nəticəsində Xocalı da daxil olmaqla bütün Dağlıq Qarabağ və onun ətrafında işğal edilən torpaqlarımız geri qaytarılacaq.

Məktəblilərin ifasında  Xocalı faciəsinə həsr edilən şeirlər bədii qiraət olunub.

Tədbirin sonunda “Məhv edilmiş şəhər” filminin nümayişi  olub.

                                                                          MƏHƏMMƏD FƏRƏCOV

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: