Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının milli-mənəvi iftixarıdır

A- A A+

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım”-deyən Mirzə Cəlilin yaradıcılığı hər yeni nəsil üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir. NUHÇIXAN xəbər verir ki, böyük söz ustadının anadan olmasının 151-ci ildönümü görkəmli dramaturqun Nehrəm kənd Xatirə Muzeyində və Naxçıvan şəhərindəki Ev Muzeyində qeyd olunub.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri və tənqidi realizmin banisidir. O, geniş şöhrət qazanan görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Bununla yanaşı həm də böyük demokrat kimi tanınır. Ədibin Nehrəm kəndindəki Xatirə muzeyində keçirilən tədbirdə bu fikirlər vurğulanıb.

Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının  inkişafına  qüvvətli  təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dünyasının məhsuludur.  İlk nömrəsi 1906-cı il aprelin 20-də işıq üzü görən jurnalın nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: