"Bədii oyma sənəti" kursuna yekun vurulub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən reallaşdırılan “Mənim ikinci peşəm” layihəsi çərçivəsində "Bədii oyma sənəti" kursuna yekun vurulub. Layihənin məqsədi gənclər arasında sənətə və əlavə peşə sahələrinə marağın artırılması olub.
Kurslar fevral ayının 18-dən 21-dək təşkil edilib. Kursda iştirak edən gənclər dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biri olan bədii oyma sənətinin sirlərini öyrəniblər. Bundan başqa gənclərə daha çox milli naxışlar və ornamentlər öyrədilib. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsinin tarixinə də nəzər salınıb.
Sonda kursu uğurla başa vuran gənclərə sertifikatlar verilib. Bu sənətin sirlərini gənclərə dərindən öyrətdiyinə görə isə usta Akif Həsənova Fondun təşəkkürnaməsi təqdim edilib.
Xanım Rüstəmzadə