Naxçıvanda koronovirusa yoluxma ehtimalı minimum həddədir

A- A A+

"Naxçıvanda koronovirusa yoluxma  ehtimalı  minimum  həddədir. Bütün növ yoluxucu xəstəliklərə  qarşı  lazımi profilaktik  tədbirlər  həyata keçirilir. Hava limanında, gömrük keçid məntəqələrində  nəzarət tədbirləri  daha da gücləndirilib. Koronovirusa muxtar respublika  ərazisində  hər hansı bir yoluxma faktı yoxdur". Bu  açıqlamanı NUHÇIXAN-a Naxçıvan  şəhər GEM-in baş həkimi Zeynəb Mustafayeva  verib.

Qeyd edək ki, bu gün bir sıra sosial şəbəkə hesablarında guya Naxçıvanda  koronovirusa yoluxma faktı  olması barədə əsassız informasiyaların yayıldığı müşahidə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: