Qarlı və buzlu yollarda ehtiyyatlı olmaq lazımdır

A- A A+

Qarlı havalarda yollar çox zaman buzla örtülür. Bu isə bəzi hallarda insanların sürüşərək yıxılması ilə nəticələnir. Təcrübə göstərir ki, insanların yaş həddi artdıqca onların buzlu yollarda sürüşərək yıxılma halları da artır. Bu səbəbdən, xüsusilə yaşlı insanlara qarlı havalarda çölə çıxmamaları tövsiyə edilir.

Buz bağlamış yollarda hərəkət edən piyadalara geyim və yerişlərlə bağlı bir sıra tövsiyələr olunur. Buna görə də qış aylarında, xüsusən qarlı havalarda aşağıda sadalananlara riayət etmək məsləhətdir:

• Altı sürüşkən olmayan rezin və dişlı ayaqqabılar seçib geyinin.

• Maneə törədəcək qədər uzun paltar geyinməyin. Ehtimal olunan bir sıra travmaların qarşısını almaq üçün paltarınızın qalın olmasına çalışın. Hərəkətləri məhdudlaşdırmayan geyimlərdən istifadə edin. Dar paltarlar hərəkət qabiliyyətinizi azalda bilər.

• Gedərkən yüngülcə önə əyilin və yerə baxın. Addımlar böyüdükcə bədən tarazlığını təmin etmək çətinləşir. Ona görə də addımlarınızı kiçik və yerə yaxın olaraq atın. Hərəkət edərkən buzlu yerləri deyil, qarlı yerləri seçin.

• Buz üzərində kəskin hərəkətlər etməyin.

• Zərurət olmadıqca eniş və yoxuşlardan istifadə etməyin.

• Üşüməmək üçün əllərin cibdə saxlanılması tarazlığı poza bilir. Bu səbəbdən əllərinizi cibə qoymayın.

• Uşağınızı və ya ağır əşyalarınızı qucaqda daşımayın.

• Paket və ya çantalarınızı iki əlinizlə daşımayın.

• Pilləkənləri qalxıb-düşərkən tutacaqlardan istifadə edin.

 

      Əbülfəz Qafarov

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

”Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: