Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumları taktiki-xüsusi təlim keçirib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz rayonu ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Batabat Dövlət Təbiət Qoruğu ərazisində keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 36 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib. Təlimin gedişində şərti olaraq dağlarda qar uçqunun yaranması ilə qar altında qalan insanların axtarışının həyata keçirilməsi üçün bölmələr hadisə rayonuna yürüş keçirərək hərəkət marşurutlarının bağlanan hissələrinin qardan təmizlənməsi və hərəkətin bərpa olunmasını təmin ediblər. Qar uçqunu yerinə çatan xilasedicilər və kinoloqlar ərazinin vizual kəşfiyyatını aparıb, daha sonra təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi təyinatlı itlərlə, “Biper” cihazı və axtarış şupları vasitəsilə qar uçqunu altında qalmış insanların axtarışını həyata keçirərək onların yerlərini müəyyən edib, axtarışın nəticələri barədə qrup rəhbərlərinə məruzə ediblər.

Növbəti mərhələdə, zərərçəkənlərə donvurmaya qarşı ilk tibbi yardım göstərilərək yaxınlıqdakı xəstəxanaya təxliyəsi həyata keçirilib.

Təlim uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: