Məcburi dövlət sosial sığorta haqlarının üstünlükləri mövzusunda tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayonunda məcburi dövlət sosial sığorta haqlarının və nağdsız hesablaşmaların genişləndirilməsinin üstünlükləri  mövzusunda tədbir təşkil olunub. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Zahir Xudiyev qeyd edib ki, sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev bildirib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda maliyyə sabitliyinin qorunmasına, iqtisadi artımın stimullaşdırılmasına, əhalinin kredit resurslarından istifadə imkanlarının genişlənməsinə xidmət edir. Muxtar respublikanın ən ucqar kəndlərindən rayon mərkəzlərinə, iri ticarət mərkəzlərindən kiçik sahibkarlıq subyektlərinə qədər real sektorun bütün sahələrində genişləndirilən POS-terminal şəbəkəsinin qurulması bu sahənin daha da inkişafına şərait yaradır.

Çıxışlarda həmçinin diqqətə çatdırılıb ki, işçilərin sosial sığorta olunması prinsipləri və bununla bağlı  digər münasibətlər Əmək Məcəlləsi və "Sosial sığorta haqqında"  Azərbaycan Respublikasının qanunu və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta olunmuş hər bir işçiyə qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş dövlət sosial sığorta şəhadətnaməsi verilir.

Sonda tədbir istirakçıları arasında müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: