Dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı mərhələsi keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin esse mərhələsi 24 fevral 2020-ci il tarixdə keçirilib.

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün test imtahanında 8 namizəd iştirak edib və 2 nəfər uğur qazanıb.  Keçid balını toplamış 2 namizəd esse mərhələsində iştirak edib. İmtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verililib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.

Qeyd edək ki, imtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: