İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədris dili Azərbaycan dilindən fərqli olan şagirdləri üçün fevralın 17-də keçirilmiş Azərbaycan dili imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, imtahanın nəticələri fevralın 24-də saat 15:30-dan etibarən Mərkəzin rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 74 nəfərdən 2-si imtahana gəlməyib.

Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına fevralın 25-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: