Xocalı soyqırımı qurbanları yad edilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur  Rayon Təşkilatı Xocalı soyqırımın 28-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədr müavini İbrahim Hənifəzadə çıxış etdikdən sonra soyqırım qurbanlarının  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Vidadi Süleymanov   bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri rusların 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal ediblər.

Qeyd olunub ki, dövlətimiz və xalqımız hər zaman Azərbaycanın müstəqilliyi və suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur.

                                                 Məhəmməd Fərəcov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: