Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

A- A A+

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud Məsuliyyətli Cəmiyyətində “İstehsalat müəssisələrində baş vermiş yanğınların söndürülməsi və digər sahələrə yayılmasının qarşısının alınması, tüstülü zonalardan insanların təxliyəsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Fovqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd mebel istehsalı sexində, anbarlarda baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə göstərilməsi, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərəçəkmişlərin xilas edilməsinin şəxsi heyətə öytətməkdən ibarət olub.

Təlim planına uyğun olaraq “Şəhanə mebel” Məhdud Məsuliyyətli Cəmiyyətində və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.

Təlimə Kəngərli və Şərur Dövlət Yanğın Təhlükəsizliyi şöbələrindən ümumilikdə 18 nəfər şəxsi heyət, 3 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: