Tbilisidə itkin düşmüş şəxslərin axtarışları ilə bağlı beynəlxalq konfrans keçiriləcək

233

Fevralın 26-da Tbilisidə “İtkin düşmüş şəxslərin axtarışları ilə bağlı fəaliyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə NUHÇIXAN-a Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat veriblər.

Komitədən bildiriblər ki, fevralın 28-dək davam edəcək konfransın əsas məqsədi strategiya və səmərəli fəaliyyət nəticəsində qazanılmış təcrübənin mübadiləsi, həmçinin dünyada, eləcə də Gürcüstanda gələcək fəaliyyətlə bağlı yeni istiqamətlərin və təkliflərin hazırlanmasıdır.

Bildirilib ki, bir çox ölkədən nümayəndə heyətlərinin iştirak edəcəyi konfransa Amerika, Avropa və Yaxın Şərq ölkələrindən antropoloq-ekspertlər dəvət olunublar. Bu ekspertlər cəsəd qalıqları üzrə kimliyin müəyyən olunması üzrə çox böyük təcrübəyə malikdirlər.

Qeyd olunur ki, itkin düşən insanlarla bağlı məsələ Gürcüstanda da çox aktualdır. 1973-cü ildən 2020-ci il yanvarın 1-dək olan məlumata görə, Gürcüstanda 6 minə yaxın insan itkin düşüb. Onlardan 5 minə yaxını tapılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2019-cu ildə ölkədə 195 insan itkin düşüb. Onlardan 10 nəfərinin cəsədi, 123 nəfəri isə sağ olaraq tapılıb. DİN-in bütün cəhdlərinə baxmayaraq, ötən il itkin düşmüş 16 yaşadək 7 uşaq hələ də tapılmayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: