Şahbuz rayonunda 13 sağlamlıq imkanları məhdud olan uşaq idmana cəlb olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın kütləviləşməsi, respublika və beynəlxalq miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər keçirilir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Şahbuz rayonunda bədən tərbiyəsi və idmanın inkişafına həsr edilmiş müşavirədə   rayon İcra Hakimiyyətinin başcısı Rəfael Babayev deyib. İcra başçısı bildirib ki,  Ali Məclis Sədrinin muxtar respublikanın bütün bölgələri kimi,  Şahbuz rayonuna   göstərdiyi hərtərəfli qayğının nəticəsidir ki, rayonun 23 ümumtəhsil müəssisəsində müasir idman zalları, açıq idman qurğuları,  rayon mərkəzində Uşaq-Gənclər Şahmat və İdman məktəbləri, Şahbuz şəhər stadionu, Şahbuzkənd, Kükü, Kolanı və Nursu kənd futbol meydançaları gənc və yeniyetmələrin istifadəsinə verilib. Rayonda Uşaq-Gənclər Şahmat və İdman məktəbləri, voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya federasiyalarının bölmələri fəaliyyət göstərir. 288 nəfər Uşaq-Gənclər Şahmat, 280 nəfər Uşaq-Gənclər İdman məktəbində, 2797 nəfər isə ümumtəhsil məktəblərində və federasiyaların rayon bölmələrində olmaqla, ümumilikdə 3365 nəfər idmanla məşğul olur ki, onlardan 1143-ü qız, 2222-i oğlandır. 13 nəfər sağlamlıq imkanları məhdud olan uşaq idmanın müxtəlif növlərinə cəlb olunub. 

Vurğulanıb ki, son illər rayonda gənclərdən ibarət şəhər, qəsəbə, kənd voleybol və futbol komandaları arasında yarışlar keçirilir.  Rayon gənclərinin futbola cəlb olunması nəticəsində “Batabat” komandasının Azərbaycan Futbol Federasiyası tərəfindən keçirilən “Region liqası”nda iştirakı təmin edilib.        

Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbi  idman federasiyalarının rayon bölmələri ilə birgə 2020-ci ildə Naxçıvan şəhərində keçiriləcək  Ümumdünya Şahmat Olimpiadasında  və “İdman festivalı”nda rayonun idmançılarının iştirakını təmin etməlidirlər.

Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi gənclərdə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində keçirilən “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyünün və “Şahin” hərbi idman oyunlarının təşkilinə diqqəti artırmalıdır.

Müşavirədə Şahbuz rayonunda 2020-ci ildə gənclər və idman sahəsində görüləcək işlərlə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin Tədbirlər Planı təsdiq edilib.

Müşavirədə  2019-cu ildə idman sahəsində fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıb.   

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: