Xocalı soyqırımının 28-ci il dönümü yad edilib - FOTOLAR

A- A A+

Dünya tarixinin ən qanlı soyqırımlarından biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Naxçıvan Dövlət Texniki Kollecində bu soyqırımının  28-ci il dönümü ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf  Ruşanov bildirib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.

Digər çıxış edənlər Xocalı Soyqırımının dünya ictimaiyyətinə  çatdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Bildirilib ki, dünyanın hər yerində Xocalı soyqırımına etiraz edənlərin sayı artır.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı ədəbi- bədii  kompazisiya da  nümayiş etdirilib.  Xocalı soyqırımından bəhs edən videomatriala baxış olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: