Xocalı soyqırımına həsr edilmiş konfrans - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda elmi- praktik konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə institutun foyesində tələbələrin hazırladıqları Xocalı soyqırımından bəhs edən rəsm sərgisinə baxıblar.

Tədbir akt zalında davam etdirilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Sonra Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalı hadisələrindən bəhs edən film nümayiş etdirilib.

İnstitutun rektoru Azad Novruzov bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.

Konfransda dosent Həsənəli Eyvazlının “Xocalı soyqırımı xalqımızın unudulmaz qan yaddaşıdır” mövzusundakı çıxışı dinlənilib.

Tədbirin sonunda tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: