“Azərbaycan xalq mahnıları - a capella” adlı kitab çap olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi olub.

“Azərbaycan xalq mahnıları - a capella” kitabının təqdimatı mərasimində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, dünya musiqisində olduğu kimi, Azərbaycan musiqi tarixində də digər musiqi janrlarına nisbətən bu sahədə yaradılan nümunələrin sayı olduqca azdır. Bu baxımdan Yaşar Xəlilovun təqdim etdiyi bu kitab Azərbaycan professional musiqisi üçün bu janrda yazılan dəyərli kitablardan hesab edilə bilər.

Müəllif, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilov kitabın təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi üçün nəzərdə tutulduğunu qeyd edib.

“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən çap olunan kitab kitabxana, konsert və təhsil müəssisələrinə hədiyyə edilib.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a kapella janrındakı xalq mahnılarının səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilov 2016-cı ildə çap olunan “Naxçıvan Muxtar Respublikası bəstəkarlarının uşaq mahnıları”, 2018-ci ildə ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Fəxr edirəm ki, mən Azərbaycanlıyam”, eyni zamanda Bakıda nəşr olunan fortepiano və simvonik orkestr üçün “Konsertin klaviri” dərs vəsaitinin müəllifidir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: