Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB - FOTOLAR

A- A A+

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

NUHÇIXAN xəbər verir ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar muxtar respublikanın bütün şəhər və rayonlarında anma mərasimləri keçirilib.

Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: