Şəhid rejissorun həyatından bəhs edən tamaşa nümayiş etdirilib - FOTOLAR

A- A A+

Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Heydər Əliyev adına Hərbi Liseyinin kursatları üçün “Vaqif” tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşcu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nurbəniz Niftəliyevadır.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun əsəri əsasında səhnələşdirilən tamaşa Naxçıvan teatrının şəhid rejissoru Vaqif Əhmədovun həyatından bəhs edir. 

1991-ci ilin son aylarında Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alan Vaqif Əhmədov Naxçıvan Teatrında "Anamın kitabı"  tamaşasını yeni quruluşda ərsəyə gətirib.

Vaqif Əhmədov 1992-ci ilin yanvarında rejissorluq etdiyi tamaşanı təhvil verdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə döyüş­ləri zamanı igidliklə həlak olan və Bakıda "Şəhidlər Xiyabanı"nda dəfn edilən Vaqif Əhmədovun şəxsində milli teatr sənətimiz gələcəyin istedadlı rejissorunu itirdisə də, Vətən daim xatirələrdə yaşayacaq qəhrəman övlad qazanıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: