“Naxçıvan” Universitetində  konfrans: Azərbaycan və Türkiyə xalqları Xocalı soyqırımını unutmayacaqlar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib.

Konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Konfransda Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Xocalı faciəsi türk dünyasının gözü ilə” mövzusunda çıxışı dinlənilib. Professor vurğulayıb ki, Xocalı soyqırımı ilə əlaqədar Türkiyənin iş adamları, idmançıları, incəsənət nümayəndələri, siyasətçiləri və tələbələr bu qətliamı bütün dünyaya çatdırmaq üçün aksiyalar keçirirlər. Azərbaycan və Türkiyə xalqları heç zaman Xocalı soyqırımını unutmayacaqlar. Saxta “erməni soyqırımı”nı siyasi alətə çevirən qüvvələr, ilk növbədə, Xocalı soyqırımına baxmalıdırlar.

Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının salınması və burada Ana fəryadı abidəsinin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunədir.

Konfransda  universitetin müəllimlərinin mövzu ilə bağlı çıxışları dinlənildikdən sonra tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.                                                                                

                                                                         Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: