Xocalı qan yaddaşımızdır

A- A A+

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbirdə əvvəl Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən hərbi hissənin zabiti, kapitan Orxan Seyidov Xocalı qətliamının soyqırımı aktı olduğunu bildirib.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının əməkdaşı Elnur Əliyev erməni millətçilərinin tarix boyu xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirdiklərindən danışıb. Bildirilib ki, Xocalıda xalqımızın mərd övladlarının Vətən uğrunda ölümün gözünə dik baxaraq göstərdikləri rəşadətin hər biri qəhrəmanlıq salnaməsidir. İnsanlığın sınağa çəkildiyi bir vaxtda Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda gözünü qırpmadan canından keçmək Azərbaycan xalqının əyilməzliyinin təcəssümüdür.

Tədbirdə Xocalı soyqırımı haqqında  video çarx nümayiş etdirilib. Sonda  “Şahinlər” musiqi ansanblının ifasında  vətənpərvərlik mövzusunda mahnı və musiqilər dinlənilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: