AzTV Xocalı soyqırımı ilə bağlı erməni dilində videoçarx hazırlayıb

A- A A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx altı dildə təqdim olunub. Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün videoçarx Azərbaycan dili ilə yanaşı, rus, ingilis, erməni, gürcü, türk dillərinə tərcümə olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, Xocalı qurbanlarının üzləşdikləri soyqırımının faktlar əsasında canlandırıldığı beş dəqiqəlik videoçarxda ermənilərin törətdiyi əməllərin bir qismi nümayiş olunur.

Videoçarxın erməni dilindəki variantı ilə bu linkdən tanış olmaq mümkündür. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: