Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Xocalı soyqırımının 28-ci ildönümü anılıb.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev  qeyd edib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

Orta İxtisas Məktəbinin kadr və şəxsi heyətlə iş üzrə baş inspektoru, polis mayoru Vüsal Hüseynov və digər çıxış edənlər Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət olduğunu vurğulayıblar.

Sonda Xocalı soyqırımına həsr olunan “Qan Yaddaşımız Xocalı” sənədli filmi nümayiş olunub.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: