Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

A- A A+

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, Türkiyə Respublikası tərəfindən Dilucu gömrük sərhəd-buraxılış məntəqəsində avtonəqliyyat vasitələrinin və vətəndaşların keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlər qismən aradan qaldırılıb. Fevral ayının 26-dan Naxçıvan Muxtar Respublikasına yük gətirən nəqliyyat vasitələrinin giriş-çıxışı təmin olunur. Lakin xarici dövlətlərə məxsus nəqliyyat vasitələrinin muxtar respublika üzərindən tranzit keçməklə Türkiyə Respublikasına getməsinə icazə verilmir.

Azərbaycan Respublikasına məxsus minik nəqliyyat vasitələrinin Sədərək-Dilucu gömrük sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasına gedib-gəlməsində məhdudiyyət yoxdur. 15 gün ərzində İran İslam Respublikasına səfər edən Azərbaycan vətəndaşları Türkiyə Respublikasına buraxılmır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının bütün sərhəd-keçid məntəqələrində, o cümlədən Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində qabaqlayıcı-profilaktik tədbirlər və dezinfeksiya işləri müntəzəm olaraq həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: