Muxtar Respublika sosial-iqtisadi inkişafının xülasəsi

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən hazırlanan  2019 –cu ildə Naxçıvan Muxtar Respublikasının sosial –iqtisadi inkişafının xülasəsi  dərc olunub.

NUHÇIXAN xəbər verir ki, materialda 2019-cu ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən  sosial-iqtisadi islahatlar, ərzaq, enerji və müdaifə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər ardıcılıqla öz əksini tapır. Həmçinin, muxtar respublikada sahibkarlığın, kənd təsərrüfatının, xarici ticarət əlaqlərinin  inkişafına, genişləndirilməsinə yönəlmiş uğurlu addımlar, mədəniyyət, təhsil, ordu quruculuğu, rabitə və yeni texnologiyaların tətbiqi, turizmin inkişafı, nəqliyyat sahələrində infrastrukturun yenilənməsi, səhiyə, bədən tərbiyyəsi və idmanın inkişafı, KİV-in fəaliyyətinin təşkili və digər sahələrdə görülən işlər faktlar və rəqəmlərin dili ilə əks olunub.

Xülasədə  həmçinin, ötən il istifadəyə verilən  şəhər və rayon mərkəzlərinin , yeni yolların, məktəblərin, kəndlərdə istifadə verilən sosial obyektlərin, tikilən inzibati binaların, yaradılan istehsal sahələrinin ,ordu ,birləşmə və hissələrdə tikilən yeni xidmət və yaşayış komplekslərinin görüntüləri əks olunub.

Qeyd edək ki, 2019 –cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: