Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvanla bağlı çıxışı Türkiyə mediasında

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də igdir15temmuzgazetesi.com və serhatbirikim.com.tr  xəbər portallarında jurnalist Sara Əzimovanın “Naxçıvanlılara böyük müjdə “Dildə, fikirdə, əməldə birlik”” sərlövhəli məqaləsi yerləşdirilib.  

Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri  və bu səfər çərçivəsində Naxçıvanla bağlı verilən mühüm qərarlar Naxçıvan mediasının da gündəmindədir.  Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli  “Naxçıvan üçün tarixi addım: Yeni qaz və tranzit dəmir yolu xətləri” adlı yazısında bildirir ki, 25 fevral 2020-ci il Naxçıvan üçün tarixi və çox əlamətdar bir gün kimi yaddaşlara yazıldı. Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi ilə bağlı qərarlar  deməyə əsas verir ki, bizi qarşıda daha güclü və modern Naxçıvan gözləyir.  

Məqalədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin açıqlamalarına da yer verilib. O qeyd edir ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin  mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda  Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Həmçinin bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: