Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO
Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri bir sıra məqamlarla, xüsusilə də birgə strateji tərəfdaşlığa əsaslanan mühüm dövlət sənədlərinin imzalanması ilə yadda qaldı. Bu anlaşmalar içərisində Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi diqqəti daha çox cəlb edir. Bu qərar Naxçıvanın enerji və nəqliyyat blokadasının tamamilə yarılması, eləcə də alternativ imkanların tam hərəkətə gətirilməsi deməkdir.
NUHÇIXAN Naxçıvan televiziyasının bununla bağlı hazırladığı reportajı təqdim edir: