“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin iclas zalında təlim keçirilib. Təlimə Kollecdə təhsil alan 50-dən çox tələbə cəlb olunub. 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət və büdcədənkənar fondlar, ehtiyat fondları haqqında ətraflı məlumat verilib. 

Sonra Maliyyə Nazirliyinin  əməkdaşları Xəlil Vəlizadə və Qənbər Xudiyev “Fərdi və ailə büdcəsinin tərtibi, tətbiqi” mövzusunda təlim aparıblar. Mövzuya müvafiq olaraq fərdi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb. 

Sonda isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: