Dəmirçi kəndində maarifləndirici tədbir olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən Dəmirçi kəndində fərdi uçot sisteminin mahiyyəti və pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi sahəsində tədbir keçirilib.

Tədbirdə fərdi uçot sisteminin mahiyyəti haqqında geniş məlumat verilib. Vurğulanıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi uçot sistemi pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur.

Həmçinin bildirilib ki, ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilib, xidmətin səviyyəsi yüksəldilib. Bu xidmətlərdən biri olan əmək pensiyalarının poçt bölmələri vasitəsilə ödənişinin həyata keçirilməsi nəticəsində kənd yerlərində yaşayan pensiyaçılar rahat şəkildə pensiyalarını əldə edə bilirlər.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: