Sığorta və onun mahiyyəti müzakirə olunub

A- A A+

Naxçıvan Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə: Kəngərli rayonun Qıvraq qəsəbəsində vətəndaşlarla keçirilən görüşdə rayon prokurorunun köməkçisi Əkbər Həsənli "Sığorta və onun mahiyyəti"  mövzusunda çıxış edib.

Bildirilib ki, sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Müəyyən risklərin, itkilərin kompensasiya olunması, üçüncü şəxslər qarşısındakı məsuliyyətlərdən doğan konfliktlərin operativ aradan qaldırılması üçün sığorta həyatımızda mühüm yer tutur.

İcbari sığortanın daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta kimi növləri ayrı-ayrılıqda izah edilib, həmçinin insanların sağlamlığında mühüm rol oynayan tibbi sığortanın əhəmiyyəti və icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət barədə məlumat verib.

Görüşdə zamanı vətəndaşlar tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: