Muxtar respublikada tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Naxçıvan Sement Zavodu Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində dövlət nəzarəti həyata keçirilib və maarifləndirici söhbət aparılıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, tikinti materiallarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə beynəlxalq təşkilatların ölkə ərazisində qüvvədə olan müvafiq standartları və həmçinin dövlət standartları ilə tənzimlənir. Bunun üçün müasir avadanlıqların quraşdırıldığı laboratoriyada təcrübəli kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait vardır.

Hazırda burada  istehsal olunan sement, sönmüş əhəng, astar və üzlük suvaq gipsləri, kartonpiyer gipsləri, gips əsaslı gips karton lövhə, məsaməli beton blokları yüksək keyfiyyət standartlarına uyğun olmaqla istehsal olunur və istehlakıçıların tələbatlarına tam cavab verməkdədir. Vurğulanıb ki, bütün bunlar inşaat materialları istehsalı sahəsində yüksək texnologiyaların tətbiqi ilə mümkün olub.

Sonda istehsal olunan məhsullardan götürülmüş nümunələrin sınağı aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: