Hidroloji məlumatların alınmasına dair seminar olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin, ekoloji könüllülərə Hidroloji məlumatların alınmasına dair seminar məşğələ keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Tural Əsgərov hidrometerologiya idarəsi haqqında tələbələrə ətaflı məlumat verib.

Hidrometerologiya şöbəsinin baş mütəxəssisi Əli Cahangirov  tələbələrə Naxçıvanda su ehtiyatlarının formalaşması, yayılması və zəngin coğrafi təbiəti barədə danışıb. Mütəxəssis havanın minimal və maksimal tempraturunu, nisbi rütubətini, atmosfer təzyiqini, yağıntı miqdarını eyni zamanda küləyin istiqamətini göstərən avadanlıqların əhəmiyyətini  qeyd edib. Mütəxəssis Hidrometerologiya idarəsi tərəfindən hazırlanan çayların, göllərin maksimum və minimum su səviyyəsinin qeyd olunduğu xüsusi kitabçaları tələbərə paylayıb.

Sonra Şahbuz və Kəngərli rayonlarının hidrometerologiya İdarələrinin hidroloqları müşahidələrin aparılması, Araz çayında su sərfinin ölçülüməsi barədə tələbələri məlumatlandırıb.

                                                                        Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: