Naxçıvan televiziyasından İsa Həbibbəylinin 70 illik yubileyinə hədiyyə: “Mən ruhumla bağlıyam Azərbaycana”

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan televiziyası ədəbiyyatşünas alim, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 illik yubileyi münasibətilə “Mən ruhumla bağlıyam Azərbaycana” adlı sənədli-televiziya filmi hazırlayıb.                                              

Ötən il Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, ictimai-siyasi xadim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olub. Görkəmli akademikin 70 illik yubileyini muxtar respublikada geniş şəkildə qeyd edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən  Sərəncam imzalanıb. Sərəncamdan irəli gələrək tədbirlər planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində Naxçıvan televiziyası yeni film  hazırlayıb. “Mən ruhumla bağlıyam Azərbaycana” adlı sənədli-televiziya filmində İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə elmin inkişafına verdiyi sanballı töhfələrdən bəhs olunur.

Sənədli-televiziya filminə bu linkdən baxa bilərsiz.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: