“İlk tibbi yardım” simulyasının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasının təqdimatı olub.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısından danışıb. Təhsil şöbəsinin müdiri şagirdlərin gələcək peşə seçimində bu cür layihələrin əhəmiyyətini xüsusi olaraq dəyərləndirib.

Sonra fakültənin dekanı Elsevər Əsədov tədbirin məqsəd və vəzifələri haqqında məlumat verib.

Daha sonra Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim-anestezioloq-reanimatoloq Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “İlk tibbi yardım” simulyasiya nömrələrinin təqdimatı olub. İlk tibbi yardım, həkim gələnə qədər xəstəyə kömək göstərmək qaydaları haqqında məlumat verilib. Slaydlar vasitəsilə “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi zamanı, “Ürək tutması və  zəhərlənmələr zamanı ilk tibbi yardım haqqında”  Müalicə işi ixtisası üzrə III kurs tələbələri  Ülviyyə Məmmədova, Suada Vahabova, Şahmar Abdiyev  təqdimatlar ediblər.

Sonda universitetin həkimləri, həkim-rezidentləri, müvafiq ixtisas üzrə yuxarı kurs tələbələri şagirdləri göz, burun-qulaq, ümumi terapiya, kardiologiya üzrə  müayinə ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: