İcbari tibbi sığorta nədir?

A- A A+

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. İcbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı vətəndaşın xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

 İcbari tibbi sığortanın vətəndaşlar üçün əhəmiyyəti nədən ibarətdir?

İcbari tibbi sığorta vətəndaşların sosial rifahına müxtəlif aspektlərdən müsbət təsir göstərəcəkdir. İlk növbədə həmrəylik prinsipi ilə formalaşdırılan büdcə vətəndaşlara bərabər hüquqlu şəkildə tibbi xidmətlər almağa imkan yaradır. Belə ki, İcbari tibbi sığorta üzrə daxil olan ödənişlər (həm dövlət, həm də işləyən vətəndaşlar, işəgötürən/sahibkarlar və fərdi sahibkarlar tərəfindən) həmrəylik prinsipi əsasında vahid büdcə formalaşdıraraq bütün muxtar respublikanın tibb xidmətləri üzrə ehtiyacını ödəməyə imkan verir.

Digər müsbət tərəfi xidmətlərin göstərilməsində tam elektronlaşdırılmış qeydiyyat sisteminin olması tibbi xidmətlərin keyfiyyətinə  nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına şərait yaradır. Belə ki, İcbari tibbi sığorta vasitəsilə həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü bir tərəf nəzarət edəcək, çünki həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olur. Agentlik daxil olmuş məlumatlar əsasında göstərilən tibbi xidmətlərin tibbi ekspertizasını və keyfiyət ekspertizasını apararaq klinik protokollara uyğunluğunu müəyyənləşdirdikdən sonra maliyyələşməni aparır. Vətəndaşlara təyin olunan müayinə və müalicələrin düzgünlüyünə və keyfiyyətinə nəzarətin təmin edilməsi göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını təmin edəcəkdir.

 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: