Muzeylər ziyarət olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşları Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən muzeylərə ekskursiya ediblər.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili Aparatının və Dövlət Vergi Xidmətinin kollektivi Biznes Mərkəzində, Təhsil Nazirliyinin kollektivi Xatirə muzeyində, Gənclər və İdman Nazirliyinin kollektivi Cəmşid Naxçıvanski Muzeyini ziyarət ediblər.

Həmçinin Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin ev muzeyində, Mədəniyyət Nazirliyinin kollektivi Qarabağlar Türbə Kompleksində, Səhiyyə nazirliyinin əməkdaşları görkəmli şair-dramaturq Hüseyn Cavidin ev muzeyində, Dövlət Miqrasiya Xidmətinin kollektivi Nəbatat bağında, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kolektivi Heydər Əliyev Muzeyində olublar.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kollektivi Xalça Muzeyini, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivi Duz Muzeyini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi Dövlət Bayrağı Muzeyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi Rəsm Qalareyasını, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Bəhruz Kəngərli Muzeyini, Statistika Komitəsinin kollektivi Tarix Muzeyini, Melliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Ədəbiyyat Muzeyini  ziyarət ediblər.

                                                                                                    Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: