Könüllülər tənha ahılları ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri Ordubad rayonunda yaşayan tənha ahıllarla görüşüblər. Sosial könüllülər rayonun Vənənd və Dırnıs kəndlərində yaşayan, qayğıya ehtiyacı olan ahılların həyətlərində təmizlik, abadlıq işləri aparıb, evlərdə səliqə-sahman yaradıblar. 

Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, bu sahələrdə könülülük fəaliyyətinin genişlənməsinin təşviqindən ibarətdir.

Ömrünün 80 ilini geridə qoyan Dırnıs kənd sakini Telli nənə gənclərlə  çay süfrəsi arxasında  öz  xatirələrini bölüşüb, görüşdən məmnunluğunu bildirib.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: